Türkiyədəki 4-cü rüşvətxor nazir də bilindi - Egemen Bağış

DÜNYA
13:39 19.12.2013
2225

"Rahatam" deyən nazirin 1,5 milyon dollar rüşvət aldığı aşkarlandı

Türkiyəni sarsıdan korrupsiya və rüşvət əməliyyatına bulaşan hökumətin 4-cü üzvünün adı açıqlanıb. Bu, Avropa Birliyi ilə danışıqlar üzrə nazir postunu tutan Egemen Bağışdır. İstintaqa bəlli olub ki, iş adamı Rza Zərrab həyata keçirmək istədiyi əməliyyatlara yardımçı olması üçünE.Bağışa 1,5 milyon dollar rüşvət verib.

Dindirmələr zamanı E. Bağışın R.Zərrabın sənədləşmə işlərini nəzarətdə saxladığı, Rzanın atasına İtaliya vizası və İtaliyada yaşamaq hüququ almağa vasitəçilik etdiyi, Zərrabın qanunsuz dəstəsində olan 5 nəfər üçün Türkiyə vətəndaşlıq alınması üzrə danışıqlar apardığı, Sərraf haqqında yayılan xəbərlərin qarşısını aldığı, onun otel projesini həyata keçirmək üçün digər hökumət üzvləri ilə danışıqlar apardığı bəlli olub.

İstintaqın əldə etdiyi görüntü qeydlərində iddiaları təsdiq edən xeyli dəlil var.

Xatırladaq ki, dünən verdiyi açıqlamada Egemen Bağış "mən çox rahatam" deyirdi. (musavat.com)

OXŞAR XƏBƏRLƏR