Türkiyənin Hatay şəhərində keçirilən aksiyada həlak olan 22 yaşlı Abdullah Cömertin ölmədən öncə “facebook”da yazdığı status ortaya çıxıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qətlə yetirildiyi deyilən 22 yaşlı Abdulla Comərtin əslində başından aldığı zərbələrdən sonra öldüyü iddia edilirdi. Ancaq rəsmi açıqlamaya görə, Abdullah Cömertin başında heç bir güllə yarasına rast gəlinməyib.
Mərhumun ölmədən bir gün öncə paylaşdığı status isə hamının ürəyini sızladıb:
“Üç gündə sadəcə 5 saat yatdım. Saysız-hesabsız bibər qazı yedim, 3 dəfə ölüm təhlükəsindən döndüm. Və insanlar nə deyir, bilirsiniz? “Fikir vermə, ölkəni sənmi qurtaracaqsan?” Bəli, qurtara bilməsək də bu yolda öləcəyik. O qədər yorğunam ki, 3 gündə 7 ədəd enerji içkisi, 9 dənə ağrıkəsici ilə ayaqdayam. Səsim qısıq vəziyyətdə, amma yenə də saat 6-da meydanlardayam. Sadəcə inqilab üçün”.
Qeyd edək ki, İstanbulun Gezi parkının sökülməsi ilə bağlı başlayan etiraz aksiyaları hələ də davam edir. Aksiyalar hazırda İstanbuldan çox Türkiyənin digər bölgələrində daha çox səs-küyə səbəb olub.