“Bunu internet vasitəsi ilə aldığım məktublar sübuta yetirir”.
Türkiyənin TMB telekanalında həftə içi gündəlik canlı veriliş aparan azərbaycanlı müğənni Elyanə Əhmədovanın qapısını elçilər döyürlər.Xəbəri əməkdaşımıza İstanbuldan təsdiqləyən sənətçi qardaş ölkədə yetərincə tamaşaçı sevgisi qazandığının məmnunluğunu belə bölüşdü:“Baxmayaraq ki, ikinci aydır “İstəkləriniz” adlı verilişlə efirə çıxıram, artıq öz tamaşaçılarım var deyə bilərəm. Bunu internet vasitəsi ilə aldığım məktublar sübuta yetirir. Tam səmimi cavab verməyimi istəyirsinizsə, gələn mesajlarda ciddi evlilik təklifləri də var. Amma mən ailə qurmaq naminə Türkiyəyə gəlmədiyimi yaxşı dərk edirəm və bu səbəbdən heç birinə müsbət cavab vermirəm. Sırf karyeramı düşünürəm. Əgər ailə qurmaqla bağlı qərarım ciddiləşərsə, ancaq valideynlərimin xeyir-duasını alıb, ərə gedə bilərəm”. //Milli.az