Türkiyədəki çevriliş cəhdinin uğursuzluğunun əsas SƏBƏBLƏRİ

Türkiyədəki çevriliş cəhdinin uğursuzluğunun əsas  SƏBƏBLƏRİ
SİYASƏT
12:12 17.07.2016
1710
Türkiyədə hərbi çevriliş cəhdinin uğursuzluğunu şərtləndirən əsas detal açıqlanıb.
APA-nın məlumatına görə, Türkiyədə hökumətə yaxınlığı ilə seçilən jurnalist Abdulkadir Selvi “Çevriliş gecəsinin qədər anları” başlıqlı məqaləsində yazıb ki, hərbi çevriliş cəhdinin qədərini müəyyənləşdirən an Marmarisdə oteldə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birinci Ordu komandanı ordu generalı Ümit Dündar arasındakı telefon görüşündə yaşanıb.
Birinci Ordu komandanı Ü. Dündar R. T. Ərdoğanı telefonla arayıb, qanuni seçilmiş prezident olaraq Türkiyə prezidentinə sadiq olduğunu bəyan edib. General R. T. Ərdoğana Ankaraya getməməyi məsləhət görüb, İstanbula gəlməyi, İstanbulda onu qoruya biləcəyini bildirib. Eyni zamanda qaldığı oteli ən qısa müddətdə tərk etməsini istəyib. Türkiyə prezidenti R. T. Ərdoğan oteli tərk etdikdən 62 dəqiqə sonra da bu otelə xüsusi təyinatlıların hücumu olub, köməkçisi girov götürülüb.
Türkiyə prezidentinin İstanbulda aeroportda telekanallar vasitəsi ilə müraciət edərək xalqı meydanlara səsləməsi isə növbəti həlledici məqam olub. Yazıda çevriliş planının əsas müəllifinin EDOP komandanı Metin İyidli olduğu, planın hazırlanmasında bir müddət əvvəl Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilmiş polkovnik Muharrem Kosenin də iştirak etdiyinin üzə çıxdığı qeyd edilib.
Hərbi çevriliş planının həyata keçirilməsində lider funksiyasını isə Hərbi Hava Qüvvələrinin sabiq komandiri, ordu generalı, Ali Hərbi Şuranın üzvü olan ordu generalı Akın Öztürkün olduğu çevrilişə cəhd gecəsinin səhəri üzə çıxıb. A.Öztürk gecə boyu Ankara yaxınlığındakı Akıncılar Hərbi Hava Bazasında olub. Bu hərbi bazada yerləşən 141-ci hava qüvvələri birləşməsinin komandiri A. Öztürkün kürəkəni polkovnik Hakan Karakuş olub. Hərbi çevriliş planının uğursuzluğa düçar olduğunu görən və səhər qaçmaq üçün vertolyota minməyə çalışan A. Öztür açılan atəş nəticəsində yaralanıb, daha sonra isə həbs edilib.
Məqalədə o da qeyd edilib ki, hərbi çevriliş planı əvvəlcə mayın 4-ə planlaşdırılıb, lakin M. Kösenin Baş Qərargah rəisinin müşaviri vəzifəsindən azad edilməsindən sonra iyunun 15-ə təxirə salınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
14:41 04.08.2025
Ziya Ağa ikinci böyük teatr layihəsinə start verdi
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
14:29 04.08.2025
İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
14:24 04.08.2025
"Biz uşağı deyil, valideynləri qınamalıyıq ki,... - Sosioloq Sabirabadda yayılan videodan DANIŞDI
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
14:17 04.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın pley-offdakı mümkün rəqibləri bəlli olub
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
14:08 04.08.2025
"Elçinin xidmətləri heç vaxt unudulmayacaq" - Bahar Muradova - VİDEO
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
13:58 04.08.2025
Peskov: Kreml ABŞ ilə nüvə təhdidləri barədə müzakirələrə cəlb olunmaq istəmir
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
13:47 04.08.2025
Peskov Putin və Uitkoffun bu həftə görüşəcəyini istisna etməyib
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
13:27 04.08.2025
Bu şəxslər xaricdə dövlət hesabına təhsil alacaq
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
13:20 04.08.2025
Serbiyada çevriliş cəhdi iddiası ölkəni alt-üst etdi - Xalq aksiyalara başladı
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
13:06 04.08.2025
Dövlət rəsmiləri Elçin Əfəndiyevlə vida mərasimində - VİDEO
Tarixdə bu gün - 4 avqust nə günüdür?
12:58 04.08.2025
Tarixdə bu gün - 4 avqust nə günüdür?
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
12:54 04.08.2025
EFSE Bank Respublika-ya 15 milyon avro məbləğində kredit ayırıb
Ərdoğan Ukraynaya səfər edəcək
12:51 04.08.2025
Ərdoğan Ukraynaya səfər edəcək
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
12:48 04.08.2025
"Elçin müəllimin ölümü bizim üçün qəfil və gözlənilməz oldu"
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"