Türkiyədəki dəhşətli zəlzələdə həlak olan 19 yaşlı fenomenin anası: "Mətbəxdə yatıram"

Türkiyədəki dəhşətli zəlzələdə həlak olan 19 yaşlı fenomenin anası: "Mətbəxdə yatıram"
DÜNYA
11:36 12.01.2024
328
Türkiyədəki güclü zəlzələdən həyatını itirən 19 yaşlı Taha Durmazın anası övladlarından danışıb.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hatayın Yayladağı rayonunda yaşayan və bişirdiyi yeməklərin reseptlərini sosial şəbəkədə paylaşan Taha Duymaz qısa zamanda milyonlarla insanın sevgisini qazanmışdı.
 
Sosial mediada fenomenə çevrilən və görüntüləri milyonlarla insan tərəfindən izlənilən 19 yaşlı Taha Hatayın Antakya bölgəsində qardaşları Umut və Mələk ilə birlikdə Kahramanmaraşda baş verən zəlzələlərdə həyatını itirib.

Zəlzələdən 11 ay keçməsinə baxmayaraq gənc fenomenin anası Meryem Duymaz övladlarının ağrısını unuda bilmir.
 
Hər gün qəbiristanlığı ziyarət edən Duymaz övladlarının məzarı başında göz yaşlarına hakim ola bilmir.
 
Zəlzələdən sonra mətbəxdən başqa yerdə qala bilməyən ananın bu halı hər kəsi kədərləndirib:

"Burada Tahanın mətbəxində yatıram. Başqa yerdə özümü rahat hiss edə bilmirəm".

Günel
OXŞAR XƏBƏRLƏR