Türkiyədəki emal zavodunun investisiya dəyəri 7 milyard dollara çatdırılacaq – VİDEO

İQTİSADİYYAT
21:22 25.06.2021
413
SOCAR tərəfindən Türkiyədə inşa edilən STAR rafineri neft emalı zavodunun investisiya dəyəri 2022-ci il üçün 7 milyard Amerika Birləşmiş Ştatları dollarına çatdırılacaq. 

Bu barədə SOCAR Türkiyənin baş direktoru Zaur Qəhrəmanov bildirib. 

Onun sözlərinə görə neft emalı zavodunun istehsal gücünün artırılması istiqamətində edilən əlavə investisiyaların 2022-ci ilə qədər bitirilməsi planlaşdırılır. 

"Saxlama güclərinə yönəlmiş 600 milyon dollar həcmində investisiyaların yatırımını davam etdiririk”, - deyə Zaur Qəhrəmanov açıqlama verib. 

Daha ətraflı Baku TV-nin süjetində:
OXŞAR XƏBƏRLƏR