Türkiyədəki ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı - VİDEO

Türkiyədəki ermənilərin patriarxı 1915-ci il hadisələrini siyasətə alət edənləri qınadı - VİDEO
SİYASƏT
18:36 24.04.2021
507
Türkiyədəki ermənilərin 85-ci patriarxı Sahak Maşalyan 1915-ci il hadisələrini siyasətə alət edənləri qınayıb.

"Haber Global” məlumat verir ki, o, yaşanan hadisələrin siyasi məqsədlər üçün sui-istifadə edildiyini bildirib.
 
Maşalyan qeyd edib ki, on illərdir bu mövzunun parlamentlərin gündəminə daşınmasının yaratdığı gərginliklər bu iki xalqı bir-birinə yaxınlaşmasına xidmət etmir. Əksinə, barışığın gecikməsinə şərait yaradır.

"İnanırıq ki, Tanrının iradəsi ilə türk və erməni münasibətlərində qardaşlıq və sevgi ortamını daha güclü şəkildə salamlayacağıq”, - deyə o vurğulayıb.

OXŞAR XƏBƏRLƏR