Türkiyədəki yeni səfirimiz kimdir? - TƏRCÜMEYİ-HAL

Türkiyədəki yeni səfirimiz kimdir? - TƏRCÜMEYİ-HAL
SOSİAL
14:16 24.07.2026
485
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilən Rəşad Fəxrəddin oğlu Aslanov uzun illər diplomatik xidmətdə çalışmış peşəkar diplomatdır.

AZXEBER.COM xəbər verir ki, Rəşad Aslanov 2004–2008-ci illərdə Azərbaycanın İtaliya Respublikasındakı Səfirliyində üçüncü və ikinci katib, eyni zamanda BMT-nin Romada yerləşən Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Ümumdünya Ərzaq Proqramı (WFP) və Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (IFAD) yanında daimi nümayəndənin müavini vəzifələrində çalışıb.
 

2009–2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib, daha sonra şöbə müdiri olub. 2011–2016-cı illərdə isə xarici işlər nazirinin köməkçisi, Nazirin Katibliyinin rəisi vəzifəsini icra edib.

Diplomatik fəaliyyətini səfir kimi davam etdirən Rəşad Aslanov 2016-cı ildə Azərbaycanın Argentinadakı Səfirliyində müvəqqəti işlər vəkili olub, daha sonra 2016–2022-ci illərdə Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. O, eyni zamanda Çili, Paraqvay, Boliviya və Uruqvayda da akkreditə olunmuş səfir kimi fəaliyyət göstərib.

2022-ci ildən etibarən Azərbaycanın İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olan Rəşad Aslanov, 2023-cü ildən həmçinin BMT-nin Romada yerləşən ixtisaslaşmış qurumları yanında daimi nümayəndə, eləcə də Malta və San Marino Respublikasında akkreditə olunmuş səfir kimi fəaliyyət göstərib.

Prezident İlham Əliyevin yeni sərəncamına əsasən, Rəşad Aslanov Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
15:12 11.09.2026
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var
14:59 11.09.2026
İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var
“Koroğlu”da ekspres avtobuslar üçün yenilik – “Avtobuslara böyük yük düşəcək”
14:57 11.09.2026
“Koroğlu”da ekspres avtobuslar üçün yenilik – “Avtobuslara böyük yük düşəcək”
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
14:47 11.09.2026
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirdi
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
14:46 11.09.2026
Xarici diplomatlar Qarabağ Universitetinin fəaliyyəti ilə tanış olublar
Adı 7 universitetin qəbul siyahısında idi... - "Maarifçi" Aytacın uğur yolu
14:44 11.09.2026
Adı 7 universitetin qəbul siyahısında idi... - "Maarifçi" Aytacın uğur yolu
Siyasət meydanından idman zalına: Liderlərin təəccübləndirən FOTOLARI
14:20 11.09.2026
Siyasət meydanından idman zalına: Liderlərin təəccübləndirən FOTOLARI
Şəkidə 4 nəfəri çaqqal dişlədi
13:54 11.09.2026
Şəkidə 4 nəfəri çaqqal dişlədi
“Erkən evlilik halları tamamilə kökündən kəsilməyəcək” – Kəmalə Ağazadə
13:52 11.09.2026
“Erkən evlilik halları tamamilə kökündən kəsilməyəcək” – Kəmalə Ağazadə
İşdən çıxanda bonus da itir? – Hüquqşünasdan İŞÇİLƏRƏ XƏBƏRDARLIQ
13:50 11.09.2026
İşdən çıxanda bonus da itir? – Hüquqşünasdan İŞÇİLƏRƏ XƏBƏRDARLIQ
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
13:45 11.09.2026
Azərbaycan üçün Ermənistanla münaqişə başa çatıb - Hikmət Hacıyev
Hava yenə dəyişir: Leysan, dolu...
13:36 11.09.2026
Hava yenə dəyişir: Leysan, dolu...
Nepalda sel fəlakətində ölənlərin sayı artdı
13:21 11.09.2026
Nepalda sel fəlakətində ölənlərin sayı artdı
""Filankəs xanımın məktəbi" yaxşı anlayış deyil"
12:52 11.09.2026
""Filankəs xanımın məktəbi" yaxşı anlayış deyil"
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
12:35 11.09.2026
Şahbaz Şərif Azərbaycana səfər edəcək - Bu tarixdə
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanıldı
12:31 11.09.2026
Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər saxlanıldı