2009–2011-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsində birinci katib, daha sonra şöbə müdiri olub. 2011–2016-cı illərdə isə xarici işlər nazirinin köməkçisi, Nazirin Katibliyinin rəisi vəzifəsini icra edib.
Diplomatik fəaliyyətini səfir kimi davam etdirən Rəşad Aslanov 2016-cı ildə Azərbaycanın Argentinadakı Səfirliyində müvəqqəti işlər vəkili olub, daha sonra 2016–2022-ci illərdə Argentina Respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsində çalışıb. O, eyni zamanda Çili, Paraqvay, Boliviya və Uruqvayda da akkreditə olunmuş səfir kimi fəaliyyət göstərib.
2022-ci ildən etibarən Azərbaycanın İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri olan Rəşad Aslanov, 2023-cü ildən həmçinin BMT-nin Romada yerləşən ixtisaslaşmış qurumları yanında daimi nümayəndə, eləcə də Malta və San Marino Respublikasında akkreditə olunmuş səfir kimi fəaliyyət göstərib.
Prezident İlham Əliyevin yeni sərəncamına əsasən, Rəşad Aslanov Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.











































