Kahramanmaraşda baş verən və 10 vilayətdə minlərlə insanın həyatını itirməsinə səbəb olan zəlzələ bütün Türkiyəni sarsıdıb.
Kahramanmaraşda 3 gün əvvəl baş verən 7.7 bal gücündə zəlzələ ilə bağlı xəbərdarlıq etdiyi ortaya çıxan Prof. Dr. Naci Görür gündəmə gəlib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, verilişlərin birində qonaq olan Geoloq və Elmlər Akademiyasının üzvü Prof. Dr. Naci Görür baş verə biləcək zəlzələlərlə bağlı gözlənilən proqnozlardan danışıb.
Naci Görür bu bölgələrdə diqqətli olmaq lazım olduğunu deyib: "Maraş yaxınlığındakı bu zəlzələlərin gərginliyini nəzərə alaraq, Adana hövzəsi və İsgəndərun bölgəsinin diqqətli davranılmasını təklif edirəm. Bunun xaricində Mərmərə dənizinin cənubu, Çanaqqala və Bursa, eynilə İzmir yarımadası və ətrafı, Aralıq dənizi sahillərimizdə Antalya Muğla bölgəsindəki sahil bölgələri diqqətli olmalıdır”.
"Ərzincan, Bingöl və Karlıova arasındakı bölgədə böyük bir zəlzələ gözləyirik. Buralar bizi narahat edən bir sahədir. Geoloji məlumatlara görə, Hakkaridə problem ola bilər. Qeyd etdiyimiz böyük zəlzələləri 6 və daha yuxarı hesab etmək olar”, - deyə geoloq əlavə edib.
Aydın