Türkiyədən Azərbaycana Qurban yardımı

SİYASƏT
00:38 13.10.2013
1546

Qardaş ölkə qaçqın və aztəminatlı azərbaycanlı ailələr üçün 3 min pay qurban əti göndərəcək.

Türkiyə Müftiliyi Qurban bayramında Azərbaycana 3 min pay qurban əti göndərəcək. Bunun üçün 400 baş kiçikbuynuzlu heyvan kəsiləcək.

Qurban tikələrinin çox hissəsi bölgələrdə Qarabağ qaçqınları və müharibə veteranları ailələri arasında bölünəcək. Qurban payları əsasən cəbhə xəttindəki yaşayış məntəqəsindəki insanlar arasında paylanacaq. Az bir qism isə Bakıda aztəminatlı insanlara veriləcək. (anspress)

OXŞAR XƏBƏRLƏR