Türkiyədən Azərbaycanın istədiyi silahlarla bağlı - Qərar

SOSİAL
11:10 14.05.2016
6775

Türkiyənin Maşın və Kimya Sənayesi Qurumu (MKEK) tərəfindən istehsal edilən milli piyada tüfəngi MPT-76-nın istehsalına başlanıb. 

MPT-76 "G-3 kimi təsirli, Kalaşnikov avtomatı kimi etibarlı, M-16 kimi praktik sayılır.

"Tüfəngə Azərbaycandan başqa ABŞ, Çili kimi ölkələrdən tələb var"

Türkiyənin ilk milli hərbi MPT-76-nın seriya istehsalına MKEK Kırıkkale Silah Zavodunda başlanıb. 4 kilo 180 qram ağırlığında olan silahın təsirli atış məsafəsi 600 metr, dəqiqədəki atəş sayı 700 mərmi və güllənin ilk sürəti saniyədə 800 metrdir. 

Teleskopik qundağa malik silahın, lülə boyu 406 millimetr. Çəngəl ayağı eyni zamanda əl dayanacaq yeri olan silaha gecə görünüş durbini kimi hər cür cihaz taxmaq olar. Silah aksessuarları ilə birgə 413 hissədən ibarətdir. MPT-76 tüfəngi G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.

Türkiyə istehsalı olan MPT-76 tüfəngi

Türkiyənin Milli piyada tüfənginə maraq olduqca böyükdür. Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir . Tüfəngə Azərbaycandan başqa ABŞ, Çili kimi ölkələrdən tələb var.

Bu il mart ayında Tekirdağda keçirilən sərgidə silahlarını nümayiş etdirən silah fabrikinin istehsal rəhbəri M.Dəmirəl ən böyük marağı yeni MPT-76 ilə snayper olan "Bora 12"nin gördüğünü söyləyib. Onun sözlərinə görə, tüfəngə bir çox ölkələrdən çiddi maraq var. 

“MPT-76-ya böyük tələb var. Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı, Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir. Təbii ki, bizim quruluş fəlsəfəmiz Mustafa Kamal Atatürkün qoyduğu fəsləsəfədir. Öncəliyimiz hər zaman Türkiyə Silahlı Qüvvələridir (TSK). İlk olaraq TSK-nı bu silahla təmin edəcəyik, daha sonra ixrac edəcəyik”, - deyə o bildirib.

///anspress.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin edib

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"