Türkiyə XİN rəsmilərindən ANS-ə daxil olan məlumata görə, Ermənistanla diplomatik münasibətləri olmayan Türkiyə bu notanı Gürcüstan vasitəsilə göndərib. Ermənistanın Tiflisdəki səfirliyinə göndərilən notada ölkə rəsmilərindən baş verənlər barədə ətraflı məlumat tələb edən Türkiyə XİN rəsmiləri çobana qarşı qeyri-bərabər güc tətbiq edilməsini kəskin pisləyib.“Heç bir pis niyyəti olmayan günahsız bir vətəndaşımızın adi bir sərhəd pozulması hadisəsi səbəbindən öldürülməsini qınayırıq. Bu və s. bu kimi hadisələrdən sonra Cənubi Qafqaz bölgəsində normallaşma prosesinin daimi olması üçün Ermənistan qonşuları ilə münasibətlərini ağlını başına yığaraq bir daha gözdən keçirməlidir”.