Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ötən gün Maltəpə Memar Sinan Oğlan Tələbə Yataqxanasında təşkil edilən 5 günlük Beynəlxalq Münasibətlər Düşərgəsinin açılış mərasimində iştirak edib.
Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, nazir Suriya məsələsi, İraq, Türkiyənin NATO-da yeri, ABŞ-la münasibətlər, Qafqaz regionundakı mövcud vəziyyət barədə fikirlər səsləndirib. Çavuşoğlu çıxışında Türkiyənin Qarabağ problemi barədə mövqeyini bir daha xatırladıb:
"Mövcud problemləri həll etmək üçün cəhd etmək lazımdır. Sadəcə mənfəəti düşünmək bəs etmir. Qarabağ problemi həll edilməsə, Qafqazda sabitlik olmayacaq və Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək. 2019-cu ildə bu məsələlərdə daha yaxından məşğul olacağıq".