Türkiyədən gələn gəmi qəzaya uğradı

Türkiyədən gələn gəmi qəzaya uğradı
DÜNYA
08:52 07.02.2022
361
Güclü külək nəticəsində Livan sahillərində 42 min ton mazut daşıyan tanker zədələnib, ətraf mühitə heç bir ziyan dəyməyib.

AZXEBER.COM axar.az-a istinadla xəbər verir ki, bunu Livanın nəqliyyat naziri Əli Həmiyə deyib.

"Türkiyənin Əliağa limanından Livanın Amşit limanına 42 min ton mazutla gələn "Pyxis Epsilon" tankeri Amşit sahillərində güclü külək nəticəsində qəzaya uğrayıb, nəticədə gəminin sükanı zədələnib və boşaltmaq işləri dayandırılıb”, - Həmiyə bildirib.
OXŞAR XƏBƏRLƏR