Türkiyənin Xarici İşlər Nazirliyi Pakistan və Hindistan arasında baş verən qarşıdurma ilə bağlı açıqlama yayıb.
AZXEBER.COM xarici mıtbuata istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi dünən Hindistan və Pakistan arasında baş verənləri narahatlıqla izlədiklərini bildiriliblər:
"Biz Pakistan və Hindistan arasında baş verənləri narahatlıqla izləyirik. Mülki şəxsləri və mülki infrastrukturu hədəf alan bu cür təxribatçı addımları və hücumları pisləyirik. Hindistanın dünən gecə həyata keçirdiyi hücumun genişmiqyaslı müharibə riski yaradır. Ümid edirik ki, bölgədəki gərginliyi azaltmaq üçün ən qısa zamanda lazımi tədbirlər görüləcək və oxşar hadisələrin təkrarlanmaması üçün terrorla mübarizə də daxil olmaqla, lazımi mexanizmlər yaradılacaq".
Gülay