İsrailə məxfi kəşfiyyat orqanı "Mossad"ın məğlubedilməzlik mifi Türkiyədə başa çatıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) son illərdə həyata keçirdiyi ardıcıl əməliyyatlar İsrailin bir çox məxfi casusluq şəbəkələrini ifşa edərək sıradan çıxarıb.
İlk böyük zərbə 2021-ci ildə gəlib:
İstanbula yaxın 4 şəhərdə keçirilən əməliyyatda fələstinli tələbələrlə bağlı məlumat toplayan 15 şübhəli casus ələ keçirilib.
Daha sonra 2022-ci ildə 68 casus şəbəkəsi üzə çıxarılıb.
2023-cü ildə 56 nəfərlik "Ghost Cell” ifşa edilib, 7 nəfər saxlanılıb.
2024-cü ilin yanvarında "Köstəbək əməliyyatı”nda 34 nəfər əsir götürülüb.
2024-cü ilin aprelində bir ailə tərəfindən idarə olunan casusluq şəbəkəsi ləğv edilib və məhkəmələr ona 100 il həbs cəzası veriblər.
2024-cü ilin avqustunda "Mossad"ın Türkiyədəki maliyyə koordinatoru olduğu iddia edilən Kosovo əsilli Liridon Rexhepi İstanbulda tutulub.
"Mossad" üçün ən böyük zərbələrdən biri Omar Albelbaisy olub. İsrail Yaxın Şərq kibermütəxəssisini qaçırmağa cəhd edib, lakin Türkiyənin də iştirak etdiyi əməliyyat bu planı pozub. Albelbaisy xilas edilib və "Mossad" agentlərinin kimliyi və fotoşəkilləri dünyaya açıqlanıb.
Qeyd edək ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) yalnız casusluq şəbəkələrini ifşa etmir, həm də onları məhkəmədə şəffaf şəkildə mühakimə edir və ictimaiyyətə açıqlayır.
Mikayıl