Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı AÇIQLANDI

Türkiyədən ölkəsinə qayıdan suriyalıların sayı AÇIQLANDI
DÜNYA
11:17 14.08.2025
210
Türkiyə Daxili İşlər Nazirliyi Göç İdarəsinin məlumatına görə, 8 dekabr 2024-dən bəri 411 min 649 suriyalı könüllü şəkildə ölkəsinə dönüb.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, 2016-cı ildən bu yana geri qayıdanların ümumi sayı 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə 2 milyon 543 min 711 suriyalı müvəqqəti qoruma altındadır.

Geri dönüş prosesi güvənli, könüllü və ləyaqətli prinsiplərlə, sənədlərin tamamlanmasından sərhəd keçidinə qədər bütün mərhələlərdə icra olunur. Suriyalılar sərhəd qapılarına avtobuslarla yola salınır, uşaqlara hədiyyələr verilir. Proses BMT tərəfindən müşahidə olunur.

Ölkələrinə qayıdan suriyalılar Türkiyədə onlara göstərilən yardıma görə təşəkkür edərək, qayıdışın onlar üçün həm həyəcan, həm də ümid gətirdiyini bildiriblər.
 
Oksana
OXŞAR XƏBƏRLƏR