Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”

Türkiyədən Vaşinqton razılaşmasına dəstək: “Tarixi fürsət qaçırılmamalıdır!”
SİYASƏT
09:12 09.08.2025
112
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş son irəliləyiş və bu çərçivədə Vaşinqtonda əldə olunan razılıq barədə bəyanat yayıb.

AZXEBER.COM xəbər verir ki, bəyanatda vurğulanır ki, beynəlxalq münaqişə və böhranların getdikcə intensivləşdiyi bir dövrdə atılan bu mühüm addım, regional sülh və sabitliyin təmin olunması baxımından tarixi əhəmiyyət kəsb edir:

"Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olunmasına yönəlmiş irəliləyişdən və bu çərçivədə bu gün (8 avqust) Vaşinqtonda ifadə edilən iradədən məmnunluq duyuruq.

Beynəlxalq münaqişə və böhranların getdikcə intensivləşdiyi bir dövrdə atılan bu addım, regional sülh və sabitliyin təmin olunması baxımından son dərəcə mühüm bir hadisədir. ABŞ Administrasiyasının prosesə verdiyi töhfələri yüksək qiymətləndiririk.

Cənubi Qafqazın əmin-amanlıq və rifaha qovuşması istiqamətində tarixi bir fürsət əldə olunub. Türkiyə olaraq, bu fürsətin reallaşdırılması üçün göstərilən səylərə dəstək verməyə davam edəcək və can Azərbaycanın fədakarlıqla həyata keçirdiyi təşəbbüsləri dəstəkləyəcəyik".
 
///Musavat.com
OXŞAR XƏBƏRLƏR