Fevralın 6-da episentri Kahramanmaraşın Pazarcık rayonunda olan 7,7 bal gücündə, Elbistanda isə 7,6 bal gücündə baş verən zəlzələlər Hatayın İskenderun rayonunda böyük dağıntılara səbəb olub.
AZXEBER.COM xəbər verir ki, İskenderunda zəlzələdən saatlar öncəni əks etdirən görüntü ortaya çıxıb.
Fotolar fevralın 5-də, zəlzələdən bir neçə saat əvvəl çəkilib. Kabus şəhərciyinə çevrilən Hatayda qeydə alınan son görüntülərdə İskəndərun Bələdiyyəsinin Amanos dağlarından yük maşınları ilə şəhər mərkəzinə daşıdığı qarın abidə sahəsinə töküldüyü görünür.
Əksəriyyəti uşaqlardan ibarət olan yük maşınlarından boşaldılmış qarda əylənən, qartopu məclisinin keçiriləcəyini gözləyən yüzlərlə insanın bu görüntüləri ürək dağlayıb.
Həmin görüntüləri təqdim edirik:
Aydın