Türkiyədən Yunanıstana qanunsuz miqrant daşıyan qayıq batıb, dörd nəfər ölüb

DÜNYA
18:34 28.11.2024
178
Türkiyədən Yunanıstana keçməyə çalışan qanunsuz miqrantların olduğu qayıq Ege dənizində Samos adası sahillərində batıb.

Bu barədə Türkiyə KİV-i Yunanıstanın dövlət televiziyasına istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ikisi qadın, ikisi uşaq olmaqla dörd nəfər ölüb. Onların cəsədləri tapılıb. Daha 16 nəfər isə xilas edilib.

Axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qeyd edək ki, daha əvvəl Samos adası sahillərində qanunsuz miqrantları daşıyan qayığın batması nəticəsində 8 nəfər ölmüşdü.

OXŞAR XƏBƏRLƏR