Türkiyəli aktyor avtomobil qəzasına düşdü

Türkiyəli aktyor avtomobil qəzasına düşdü
MAQAZİN
14:10 06.12.2025
84
 "Poyraz Karayel", "Bir ailə hikayesi", "Kardeşlerim", "Sustalı Ceylan" və indi isə "Rüya gibi" seriallarındakı rolları ilə tanınan aktyor Celil Nalçakan avtomobil qəzasına düşüb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nalçakan öz sosial media hesabında paylaşım edib.

Səhhətinin yaxşı olduğunu deyən aktyor ölüm xəbərini yayanları da qınayıb.

"Hava şəraiti səbəbindən qarşıdan gələn qardaşımız idarəetməni itirdi. Məndə heç nə yoxdur, turp kimiyəm... Qarşımıza çıxan dostumuz, eləcə də mənim həm də assistentim olan qardaşım da turp kimidirlər... Bizdə cızıq da yoxdur, amma maşınlar bir az problemli vəziyyətdədir", - deyə o bildirib.
 



OXŞAR XƏBƏRLƏR