Türkiyəli alimlər: COVID-19 orqanizmdəki A vitamini səviyyəsini kəskin şəkildə aşağı salır

SAĞLAMLIQ
17:20 02.02.2021
846
Türkiyədən olan həkimlər koronavirus infeksiyasının molekulları antiviral zülal molekullarının - interferonların sintezi üçün son dərəcə vacib olan A vitamini konsentrasiyasında əhəmiyyətli azalmaya səbəb olduğunu aşkar ediblər.

Onların müşahidələrinin nəticələri medRxiv elektron kitabxanasındakı məqalədə dərc olunub.

"Müşahidələrimiz göstərdi ki, retinol konsentrasiyası (A vitamininin bioəlçatan forması) ağır koronavirus xəstələrində olduqca aşağı idi və bu da birinci tip interferonların istehsalına mənfi təsir edib. Bu, böyük dozalarda A vitamini, eləcə də koronavirusla mübarizə aparmaq üçün retinolun parçalanmasına mane olan dərmanlar qəbul edilməsinin mümkünlüyünü göstərir”, - tədqiqatçılar yazıb.

Ankaradakı Türkiyə Tibb Universitetinin professoru Özgür Aslanın rəhbərlik etdiyi bir qrup türkiyəli alim ənənəvi olaraq COVID-19-un kəskin formaları ilə əlaqəli bədəndəki pozğunluqların çoxunun xroniki A vitamini çatışmazlığının nəticələrinə bənzədiyinə diqqət yetirərək daha bir asılılığı müəyyənləşdirib.

Həkimlər Türkiyənin 23 sağlam sakinindən və koronavirus infeksiyasının son dərəcə ağır formasından əziyyət çəkən, universitet xəstəxanasının reanimasiya şöbəsində olan 27 xəstədən qan nümunələri götürüblər.

Professor Aslan və həmkarları nümunələrin tərkiblərini müqayisə edərək koronavirusu ağır keçirənlərin bədənində retinol konsentrasiyasının həqiqətən son dərəcə aşağı olduğunu aşkarlayıb. Özü də bəzi xəstələr A vitamini və ya onun bədənin "atılmasına” mane olan dərmanlar qəbul ediblər. Amma bu da onları xəstəliyin başlamasından sonra retinol konsentrasiyasının azalmasından qorumayıb.

Alimlər yaxın gələcəkdə nəzəriyyələrini çox sayda könüllü xəstənin iştirak edəcəyi təcrübədə sınamağı planlaşdırdıqlarını söyləyiblər. Həkimlər böyük dozada A vitamininin və həmçinin onu emal edən fermentlərin işini maneə törədən dərmanların qəbul edilməsinin xəstələrin sağalma sürətinə necə təsir edəcəyini araşdıracaqlar.

Qeyd edək ki, Uhanda koronavirusun yayılmasından bəri həkimlər və bioloqlar orqanizmin fəaliyyətindəki hansı yan faktorların və xüsusiyyətlərin ölüm ehtimalına və COVID-19-un ağır formalarının inkişafına təsir etdiyini anlamağa çalışırlar. O cümlədən bioloqlar, demək olar, dərhal ürək-damar xəstəliklərinin SARS-CoV-2-dən ölüm ehtimalını beş dəfə artırdığını aşkar edib.

Sonrakı müşahidələr buna həmçinin D vitamini konsentrasiyasının və immun hüceyrələrindəki bəzi fermentlərin aktivliyinin də təsir etdiyini göstərib.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı