Türkiyəli ekspert: İlham Əliyev Cənubi Qafqazda yeni gələcəyin memarıdır

Türkiyəli ekspert: İlham Əliyev Cənubi Qafqazda yeni gələcəyin memarıdır
SİYASƏT
21:33 11.04.2025
523
Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Qafqazda yeni gələcəyin memarıdır.
 
AZXEBER.COM xəbər verir ki, bunu "Report”un Türkiyəyə ezam olunmuş əməkdaşına açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dosenti Levent Ersin Orallı deyib.

O qeyd edib ki, Ermənistan da region üçün bu gələcəyin qurulmasında üzərinə düşən rolun fərqindədir:

"Sülh Türkiyə və Azərbaycandan daha çox Ermənistana lazımdır. Ermənistan lobbilərin, imperialist dövlətlərin oyuncağına çevrilib. Diasporun əsarətində olan, daxildən idarə edilməyən bir Ermənistan var. Əgər Ermənistan Azərbaycanla masaya oturub sülh sazişinə imza atarsa, bu onun üçün mövcudluq amili olacaq”.
OXŞAR XƏBƏRLƏR