Türkiyəli futbolçuya 'twitter' cəzası verildi

İDMAN
08:32 19.01.2013
1290

Türkiyənin “Fənərbağça” klubunun aşağı yaş qrupundan yetişən futbolçu Məsut Yılmaz atdığı “twitter” mesajı üzündən cəzalandırılıb.

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi onu “Qalatasaray”ın 2:1 hesablı qələbə qazandığı derbi zamanı “Fənər”in prezidenti Aziz Yıldırımı təhqir edib.O, “sarı-lacivərdlilər”in futbolçusu Raul Meyreleşin qırmızı vərəqə aldığı epizoddan sonra Yıldırım barədə çox sərt ifadələr yazıb. Sonradan Yılmaz həmin cümlələri özünün yazmadığını və “twitter” səhifəsinin kiminsə tərəfindən ələ keçirildiyini iddia edib. Lakin İntizam Komitəsi Türkiyə futbolu tarixində ilk dəfə sosial şəbəkədə oyunçunu yazdığı mesaj üzündən diskvalifikasiya edib. Qərarda deyilir: “Futbolçu Məsut Yılmaz sosial şəbəkədə özünə aid səhifədən klub prezidentini təhqir etdiyi üçün 2 rəsmi oyundan kənarlaşdırılsın”.Qeyd edək ki, hazırda 20 yaşı olan Məsut Yılmaz klubsuzdur.//qol.az

OXŞAR XƏBƏRLƏR