Türkiyəli hakimin döyülməsi dünya mətbuatında gündəm oldu

Türkiyəli hakimin döyülməsi dünya mətbuatında gündəm oldu
DÜNYA
12:58 12.12.2023
157
Avropa mətbuatı "Ankaragücü"nün prezidenti Faruk Kocanın hakim Halil Umut Melərə hücumu ilə bağlı manşetlərə yer verib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, qəzetlər "Dünyanı silkələyən qalmaqallı hücum”, "Klub prezidenti hakimi döydü”, "Yaralı hakimi polis meydandan uzaqlaşdırdı” başlıqları ilə hadisəni oxucularına çatdırıb.

Ankarada keçirilən "Ankaragücü" - "Rizespor" liqa matçından sonra "Ankaragücü"nün prezidenti Faruk Kocanın matçın baş hakimi Halil Umut Melerə hücumu Avropada böyük əks-səda doğurub. 

Avropa mətbuatı hadisəni oxucularına "son xəbər” kimi elan edib. Almaniya, İsveçrə, İspaniya, İtaliya və Avstriyada hadisə gündəm olub.

Ayşən
OXŞAR XƏBƏRLƏR