Türkiyəli ilə evlənən azərbaycanlı müğənni ana oldu - Fotolar

MAQAZİN
16:30 23.08.2014
6887

Ötən ilin payızında Haluk adlı türk vətəndaşı ilə ailə quran müğənni Aygün İsmayılova ana olub.

Tabloid.az xəbər verir ki, ifaçı övladının və həyat yoldaşının fotolarını “İnstagram” bloqunda yerləşdirib və ana olması ilə bağlı təəssüratlarını virtual dostları ilə paylaşıb:

“Dünən övladımıza qovuşduq. Allah bütün balaları qorusun, mənimkini də içində. Amin!”- yazan müğənni uşağın cinsiyyəti ilə bağlı məlumat verməyib. Yeni doğulan körpənin əynində “Fənərbaxça” futbol komandasının geyim dəsti olub.

Xatırladaq ki, Aygün İsmayılova “Yeni ulduz” yarışmasının iştirakçısı olub. O, Haluk Mayak adlı iş adamı ilə ailə qurandan sonra sənətdən uzaqlaşıb, İstanbulda yaşayır.

Müğənninin “İnstagram”da paylaşdığı fotolarını oxucularımıza təqdim edirik.

OXŞAR XƏBƏRLƏR