Türkiyəli iş adamı Günaya qızıl hədiyyə etdi - VİDEO + FOTOLAR

MAQAZİN
20:31 16.05.2015
5485
Müğənni Günay İbrahimli "Sənə bağlanıram" adlı albomuna və "Hüzur" klipinə təqdimat keçirib.AZXEBER.COM-un məlumatına görə, mərasimdə diskin hazırlandığı, Türkiyədə fəaliyyət göstərən "Kopuz production"ın rəhbəri Uğur Kopuz da iştirak edib.Mərasimi giriş sözü ilə ifaçının prodüseri Toma Hüseynəliyeva açaraq, yeni işlərindən danışıb:"Uğur bəylə işbirliyi bizə uğur gətirib. Günay bizim ulduzumuzdur. Qismət olarsa onun sənətçi adını, "sənətkar" sözünə çevirəcəyik. Albom Türkiyədə işıq üzü gördüyü üçün bir az "ə, ı" hərflərində problem yaşamışdıq. Çətinliklə olsa da, disk ərsəyə gəldi. Günay işinin peşəkarıdır. Mahnılarını sevənlərinə ən gözəl formada çatdırmağı bacarır".G.İbrahimli heç vaxt Türkiyə şou-biznesinə qatılmayacağını vurğulayıb:"Çox gözəl komandam var. İstərdim ki, onlarla işbirliyim uzunmüddətli olsun. Düzdür, müğənni ilə işçiləri arasında hərdən qalmaqallar olur. Mən bunları yaşamaq istəmirəm. Albomum Türkiyədə işıq üzü görə bilər. Amma heç vaxt orada şou-biznesə qatılmayacam".U.Kopuz isə G.İbrahimli ilə işbirliklərindən məmnunluq duyduğunu bildirib:"Bir ay Günayın mahnılarına qulaq asdım. Səsi çox gözəldir. Şirkətimdə 25 insan işləyir. Hər gün onun mahnılarını dinləyib, zövq alır".U.Kopuz T.Hüseynəliyevaya və G.İbrahimliyə qızıl boyunbağı hədiyyə edib.Qeyd edək ki, G.İbrahimlinin "Hüzur" klipinin rejissoru Aqil M.Quliyevdir. Sənətçinin stili üzərində Elnur Həsənov çalışıb.Foto: Söhrab Əsədov
OXŞAR XƏBƏRLƏR