"Ölümüm tezliklə eşidiləcək. Qaraciyərim bitdi".
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri 80-ci illərdə Türkiyə incəsənətində iz qoyan məşhur aktrisa və müğənni Harika Avcı deyib.
Aktrisa qaraciyərinin funksiyasını itirdiyini bildirib:
"Ölümüm tezliklə eşidiləcək. Qaraciyərim bitdi. Artıq həkimə getmirəm. Mən ölməyi seçdim. Sirrozdan əziyyət çəkirəm. Mənə əvvəllər qaraciyər xərçəngi diaqnozu qoyulmuşdu, yalan çıxdı. Ancaq mən öləndən sonra itim yaşamağa davam edərsə, xahiş edirəm ona qulluq edin. Mən hamını bağışladım".
Aysel