Türkiyəli məşhur müğənnidən Aygün Kazımovaya dəstək - FOTOLAR
MAQAZİN
08:06 24.10.2012
2156
Azərbaycanın xalq artisti, Türkiyə şou-biznesində parlamağı qarşısına məqsəd qoyan Aygün Kazımova ya məşhur həmkarı Sərdar Ortacdan dəstək gəlib.Məlumunuz olsun ki, Aygün xanımın ifasında səslənən "Hayat ona güzel" mahnısının söz və musiqisi Ortaca məxsusdur. Bu səbəbdən də o, mahnısının uğurlu piarı ilə şəxsən məşğul olur.Facebook sosial şəbəkəsindəki rəsmi profilində Serdar Ortac mahnı haqqında xoş sözlər yazmaqla xanım Kazımovaya uğurlar arzulayıb.Türkiyəli ulduz Aygün Kazımovanı “Balkanların Divası” adlandırmaqdan da çəkinməyib.Maraqlıdır, görəsən, xalq artisti bu fakta necə münasibət bildirəcək?Hələliksə hit-paradlarda yerini möhkəmlədən “Hayat ona güzel”i sizə təqdim edirik. Bu video klipin Ortacın komandası tərəfindən hazırladığını də diqqətinizə çatdırırıq.