Sentyabrın 6-da Şəmkirdə baş tutacaq məşhur toy restoranda deyil, həyətda olacaq. AZXEBER.COM-un məlumatına görə, bu barədə “Qafqazinfo.az”a açıqlama verən bəyin qardaşı Orxan Vəliyev deyib. O, həqiqətən də toyun olacağını təsdiqləyib: “Sentyabrın 6-sı qardaşımın toyudur. Mətbuatda qeyd olunduğu kimi Türkiyədən 4 müğənni deyil, ancaq Mustafa Ceceli gələcək”.Bəyin qardaşının sözlərinə görə, Türkiyənin məşhur müğənnisi Mustafa Ceceli toyda pulsuz oxuyacaq: “Mustafa Ceceli uzun illərdir mənim dostumdur və buna görə də qardaşımın toyunda qonağımız olacaq”.Qeyd edək ki, bir neçə gün əvvəl məşhur türkiyəli müğənnilərin Ebru Gündeş, Kutsi, Mustafa Ceceli və Abidinin Azərbaycanda toyda iştirak edəcəyi barədə məlumatlar yayılmışdı. Toyun sahibinin isə Rusiyada yaşayan məşhur azərbaycanlı iş adamının olduğu bildirilir.