Türkiyəli münsif azərbaycanlı qızı təhqir etdi - VİDEO

Türkiyəli münsif azərbaycanlı qızı təhqir etdi - VİDEO
ŞOU-BİZNES
10:30 24.04.2015
12046
Türkiyədə yayımlanan dəb yarışmasında iştirak edən azərbaycanlı qız jürinin tənqidi ilə üz-üzə qalıb.
 
ANS-in məlumatına görə, Türkiyənin “TV 8” telekanalının efirində yayımlanan "İşte benim stilim" adlı dəb proqramında iştirak edən azərbaycanlı iştirakçı Sima Şərəffətdinova son buraxılışda yenə müzakirə mövzusu olub.
 
Jüri üzvlərindən olan Kamal Doğulu çıxışı zamanı həmyerlimizə özünü çox bəyənməməsini, hamıdan gözəl olmadığını, eləcə də onu gözəl olaraq seçənlərin zövqsüz olduğunu dilə gətirib.
 
"Bura gözəllik yarışması olsaydı, sən ilk beşliyə girməzdin. Bir gözəllik yarışmasında birinci olmusan. Məncə, həmin müsabiqənin münsifləri çox zövqsüz imiş", - deyə K.Doğulu bildirib.
 
Qeyd edək ki, 17 yaşlı Sima Şərəfəttinova "Best Model of Azerbaijan"ın 2014-cü il birincisi olub.
OXŞAR XƏBƏRLƏR