Türkiyəli nazir: Kosmosa gedən ilk türk astronavt elmi bir missiyadır

Türkiyəli nazir: Kosmosa gedən ilk türk astronavt elmi bir missiyadır
DÜNYA
13:07 30.01.2024
129
Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kaçır öz kosmos stansiyamıza "Öz raketimizlə getmədik” tənqidlərinə cavab verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, "CNN Türk”də Ahmet Hakanın aparıcılıq etdiyi "Tarafsız Bölge" nin qonağı Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır olub.

Mehmet Fatih Kaçır ilk türk astronavtı Alper Gezeravıcının nə vaxt gələcəyinin dəqiq olmadığını ifadə edərək deyib:

"Hədəf tarix 3 fevraldır. 5-6 günümüz qalıb. Ancaq bu 4 və ya 5 fevrala qədər ola bilər. Biz Alper Gezeravcı ilə onlayn görüşürük. Bir dəfə mənə zəng edib təşəkkür etdi. O, xalqımızın izləməsindən və dəstəyindən məmnunluğunu ifadə edib".

O, Alper Gezeravcının 30 min namizəd arasından seçildiyini bildirib:

"Bu missiyada ən böyük pay Prezidentimizə məxsusdur. Hörmətli prezidentimiz 2018-ci ildə Türkiyə Kosmik Agentliyini yaratdı. Biz nazirlik olaraq bu araşdırmanı apardıq. Onun əsas missiyası Türkiyəni kosmos sahəsində kritik hədəflərə çatdırmaqdır”.

"Bizi "Öz kosmik stansiyamıza öz raketimizlə getməmişik” kimi tənqid edirlər. Kosmosa gedən ilk türk astronavt elmi bir missiyadır”, - deyə nazir bildirib.

Nəzrin
OXŞAR XƏBƏRLƏR