Türkiyəli siyasətçilərin Azərbaycanda qəzaya düşməsinin səbəbi bəlli oldu

Türkiyəli siyasətçilərin Azərbaycanda qəzaya düşməsinin səbəbi bəlli oldu
SİYASƏT
14:13 21.10.2022
979
Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın ölkəmizdə səfərdə olarkən qəzaya düşməsinin səbəbi bəlli olub.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Binəli Yıldırım və millət vəkili Şamil Ayrımın ölkəmizdə səfərdə olarkən qəzaya düşməsinin səbəbi bəlli olub. 
 
Türkiyə mətbuatının yazdığı xəbərə görə, qəzanın baş verməsinə səbəb avtomobilin ön təkərinin partlaması olub: 
 
"Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana bir günlük səfər proqramı bitdikdən sonra maşın karvanı Zəngilan Hava Limanı istiqamətində yola çıxıb. Binəli Yıldırımın olduğu nəqliyyat vasitəsinin yeni yola çıxıldığı zaman ön təkəri partlayıb. Buna görə də nəqliyyat vasitəsi qəzaya uğrayıb”.
 
Günel
OXŞAR XƏBƏRLƏR