Türkiyəli yazıçı, şair Ferit Edgü vəfat edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə NTV onun sənət dostlarına istinadən məlumat yayıb.
88 yaşlı yazıçının vəfat səbəbi qeyd olunmayıb.
Qeyd edək ki, Ferit Edgü müasir türk ədəbiyyatının öndə gedən isimlərindən biri olub.
Yazıçının "Don səsi”, "Doğu öyküleri”, "Bir gemide”, Ders notları” "Eylülün gölgesinde bir yazdı” kimi əsərləri ötən əsrin sonlarında müəllifə kifayət qədər uğur gətirib.
Eləcə də 1989-cu ildə Berlin Film festivalında beş böyük mükafat qazanan "Hakkaridə bir gün” filminin ssenarisi onun əsərinin motivlərinə əsaslanıb.