Türkiyəni gözləyən böyük TƏHLÜKƏ

Türkiyəni gözləyən böyük TƏHLÜKƏ
DÜNYA
00:02 17.05.2023
744
Almaniyada yerləşən Max Planck İnstitutunun elmi jurnalı "Review of Geophysics"də dərc olunan araşdırma Türkiyə üçün gözlənilən təhlükəni bir daha ortaya qoyub.

AZXEBER.COM xəbər verir ki, araşdırmaya görə, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Bu bölgə iqlim dəyişikliyinin mərkəzi kimi təsvir edilir və temperatur artım sürətinin qlobal orta göstəricidən təxminən iki dəfə yüksək olduğu vurğulanır.

Türkiyənin də daxil olduğu bölgə ölkələrinin qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağıntı kimi təbii fəlakətlərlə üzləşəcəyinə diqqət çəkilir.

Proqnozlara görə, bu əsrin sonuna kimi regionda temperaturun 5 dərəcəyə qədər yüksələcəyi, xüsusilə yay aylarında görünməmiş yüksək temperaturun olacağı gözlənilir.

"Reviews of Geophysics"də dərc olunan araşdırmada lazımi tədbirlər dərhal alınmazsa, Şərqi Aralıq dənizi və Yaxın Şərqin ciddi iqlim böhranı ilə üzləşəcəyi bildirilir. 

Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgədə ciddi su və qida böhranı yaranacaq, bütün iqtisadi sektorlar bu böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan dağıdıcı təsirlərlə üzləşəcək. Su səviyyəsinin artması ilə bir çox sahilyanı ərazilər və əkinçilik sahələri yox olmaq təhlükəsi ilə üzləşəcək.

Hesabatda iqlim böhranından Türkiyə ilə yanaşı, Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı kimi ölkələrin də təsirlənəcəyi bildirilir. 

Ayşən
OXŞAR XƏBƏRLƏR