Avqustun 21-də Türkiyənin Qaziantep şəhərində toy mərasimində törədilən partlayış İŞİD terror qruplaşmasının “uşaq ordusu”nu növbəti dəfə gündəmə gətirdi.
Partlayış 12-14 yaşlı intihar bombası (kamikadze) tərəfindən törədilib. Hadisə nəticəsində 54 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hüquq-mühafizə orqanlarının ilkin versiyasına görə, partlayışı İŞİD terror təşkilatı törədib.
İŞİD düşərgələrində uşaqların hərbi hazırlıq prosesini göstərən videonu təqdim edirik:(publika.az)