Türkiyənin 2 hərbçisi şəhid oldu

Türkiyənin 2 hərbçisi şəhid oldu
DÜNYA
12:14 23.06.2022
445
Türkiyənin Diyarbəkir şəhərində 2 hərbçi şəhid olub.
 
AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Jandarm Komando Alay Komandanlığının 2 hərbçisi - Oğuzhan Arduç və Turgut İçen "Eren Abluka-18" əməliyyatı zamanı terrorçularla silahlı qarşıdurmada şəhid olublar. Daha bir hərbçi Mustafa Can Akdoğan isə yaralanıb.

Terrorçuların zərərsizləşdirilməsi üçün əraziyə əlavə qüvvə cəlb olunub.
OXŞAR XƏBƏRLƏR