Türkiyənin 4 əsgəri şəhid olub, 4-ü yaralanıb

Türkiyənin 4 əsgəri şəhid olub, 4-ü yaralanıb
DÜNYA
22:24 22.03.2018
1924

Suriyanın Afrin şəhərində əldəqayırma bombanın partlaması nəticəsində Türkiyənin 3 əsgəri şəhid olub, 3-ü isə yaralanıb. 

"Report” "Habertürk”ə istinadən xəbər verir ki, məlumatı Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb. 

Partlayış ərazidə axtarış-təmizləmə işləri aparılan zaman baş verib. 

Bundan başqa, Türkiyənin Bitlis əyalətində PKK terroçularına qarşı aparılan əməliyyat zamanı 1 əsgər şəhid olub, biri isə yaralanıb. Yaralı əsgər Bingöl Dövlət Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində "Zeytun budağı" adlı antiterror əməliyyatına başlayıb. Afrin artıq terrorçulardan azad olunub. 

OXŞAR XƏBƏRLƏR