AVRO-2024-ün seçmə mərhələsinin D qrupunun 7-ci oyununda Latviyanı 4:0 hesabı ilə məğlub edən Türkiyə milli komandasının Almaniyada keçiriləcək finalda iştirakı təsdiqlənib.
AZXEBER.COM xəbər verir ki, Latviya üzərində qələbə ilə 16 xalla liderliyini davam etdirən Türkiyə millisi son matçında Uelslə heç-heçə etsələr də, qruplarını lider kimi başa vuracaqlar.
Milli komanda bu mərhələni qrup lider kimi başa vursa, AVRO-2024-ün püşkatmasında daha yüksək pillədə yer alacaq və nisbətən daha üstün rəqiblərlə mübarizə aparacaq.
1-ci səbət: Almaniya, Portuqaliya, Fransa, Belçika, Türkiyə, İspaniya
2-ci səbət: İngiltərə, Albaniya, Macarıstan, Sloveniya, Rumıniya, Şotlandiya
3-cü səbət: Avstriya, Danimarka, Yunanıstan, Çexiya, İtaliya, Serbiya
4-cü səbət: Uels, İsveçrə, Slovakiya və pley-off mərhələsindən 3 komanda
Qeyd edək ki, 14 iyundan başlayacaq və Almaniyanın 10 şəhərinin ev sahibliyi edəcəyi AVRO 2024, 14 İyun - 14 İyul tarixləri arasında oynanılacaq.
Açılış oyunu Münhendəki "Allian Arena”da, final isə Berlindəki Olimpiya Stadionunda keçiriləcək.
Günel