Türkiyə millisinin Avstriya ilə oyundan sonra qazancı bəlli olub.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əvvəlcə "Ay-ulduzlular" Avro-2024-ə qatıldığı üçün 9 milyon avro gəlir əldə edib.
Daha sonra milli qrupu 2 milyon avro ilə başa vurub.
1/8 finala qrup ikincisi kimi vəsiqə qazanan Türkiyə 1.5 milyon avronu da balansına əlavə edib.
Bundan əlavə, Avstriya ilə oyunda əzmkar qələbə ilə Almaniyada tarix yazan "Ay-ulduzlular" 2.5 milyon avroya sahib çıxıblar.
Beləliklə, Türkiyə millisi qazancını 15 milyon 250 min avroya çatdırıb.
Məryəm