Türkiyənin bir çox vilayətində meşə yanğınları nəzarət altına alınıb

Türkiyənin bir çox vilayətində meşə yanğınları nəzarət altına alınıb
DÜNYA
21:04 25.07.2025
186
Türkiyənin Antalya, Adana, Denizli, Sakarya, Bilecik və Eskişehir vilayətlərindəki meşə yanğınları nəzarət altına alınıb.

Bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib.

O deyib ki, gün ərzində ümumilikdə 73 yanğınla mübarizə aprılıb ki, onlardan 37-si meşə yanğınıdır.

Nazir yanğınların söndürülməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
 
/report
OXŞAR XƏBƏRLƏR