Balıkəsirdə Ulukır Məhəlləsində dabaq xəstəliyi aşkar edildikdən sonra 15 məhəllədə karantin tətbiq edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, aidiyyati qurumlar tərəfindən aparılan yoxlamalar zamanı Ulukır Məhəlləsində iribuynuzlu mal-qarada dabaq xəstəliyi təsbit edilib.
Belə ki, xəstəliyin yayılmasının qarşısını almaq üçün Ulukır və ətrafında yerləşən 14 məhəllə karantinə alınıb.
Karantin çərçivəsində bu məhəllələrə heyvanların giriş-çıxışı qadağan edilib. Rəsmilər vətəndaşlardan xəstəliyə qarşı görülən tədbirlərə əməl etmələrini istəyib və karantin qaydalarını pozanlara qarşı inzibati cərimələr tətbiq ediləcəyini bildiriliblər.
Oksana