Türkiyənin "Eyüpspor"klubu "Qalatasaray"dan Metehan Baltacını icarə əsasında heyətinə qatmaq istəyir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, oyunçu ötən mövsüm Arda Turanın komandasında 29 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib.
Qeyd edək ki, futbolçunun "Qalatasaray" ilə müqaviləsi 2026-cı ilə qədər davam edir.
Məryəm