Türkiyənin Antalya şəhəri yay mövsümündə əvvəlki illərə nisbətən iki dəfə çox turist qəbul edəcək.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyədə Peşəkar Otel Rəhbərləri Dərnəyinin (POYD) sədri Hakan Saatçioğlu deyib.
Onun dediklərinə görə, 9 günlük Qurban bayramında təxminən 2,5 milyon əhalisi olan Antalyanın 4 milyona yaxın turisti qəbul edəcəyi gözlənilir.
Məryəm