Türkiyənin əfsanəvi futbolçuları Bakıya gəlir

Türkiyənin əfsanəvi futbolçuları Bakıya gəlir
İDMAN
10:34 19.04.2013
1216
Futbol üzrə Türkiyə milli komandasının sabiq üzvləri Rüştü Rəçbər və Hakan Şükür Bakıya gələcək. Bu haqda lent.az-a məşhur qapıçı və hücumçu ilə danışıqları aparan “Bakı” klubu prezidentinin müşaviri Tunc Afşar məlumat verib.O bildirib ki, Rüştü və Hakan Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Azərbaycan və dünya yığmaları arasında yoldaşlıq görüşündə iştirak üçün ölkəmizə təşrif buyuracaq. Həmin görüş mayın 1-də Bakıdakı “Bayıl Arena”da təşkil olunacaq. Daha öncə Türkiyə millisinin hazırkı baş məşqçisi Abdullah Avcının da bu oyunda iştirakı dəqiqləşib. Hər üç şəxs həm də aprelin 30-da "Bakı" və İspaniyanın "Atletiko" klubları arasında keçiriləcək yoldaşlıq görüşünu izləyəcəklər.Qeyd edək ki, 40 yaşlı Rüştü Rəçbər oyunçu karyerasına ötən il yekun vurub. O, karyerası ərzində “Antalyaspor”, “Fənərbağça”, “Barselona” və “Beşiktaş”da çıxış edib. 1994-cü ildən şərəfini qoruduğu Türkiyə millisində 2002-ci ilədək 120 rəsmi matça çıxıb. 2003-cü ildə dünyanın ən yaxşı qapıçısı seçilib. Hakan Şükür isə daha zəngin karyeraya malikdir. O, “Sakaryaspor”, “Bursaspor”, “Qalatasaray”, “Torino”, “İnter”, “Parma” (İtaliya), “Blekbern” (İngiltərə) klublarında çıxış edib. 2000-ci ildə “Cim-Bom”un heyətində UEFA Kubokunu qazanıb. 1992-ci ildən çıxış etdiyi Türkiyə millisində 2007-ci ilədək 112 matçda 51 qol vurub. Yığma karyerasına 2007-ci ildə, futbolçu karyerasına isə 2008-ci ildə son qoyub. Hazırda Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan millət vəkilidir. Həm Rüştü Rəçbər, həm də Hakan Şükür 2002-ci ildə “ay-ulduzlular”ın heyətində dünya çempionatının bürünc medalını qazanıb. Onlar futbolçu qismində də vaxtilə Bakıda olublar.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
15:39 06.08.2025
Qəzzada ölənlərin sayı 61 158 nəfərə çatdı
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
15:37 06.08.2025
Onlayn mərc və qumar oyunları təşkil edən mütəşəkkil dəstələr ifşa edildi - Əməliyyat görüntüləri
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
15:33 06.08.2025
Sabirabaddakı hadisə süni intellekt aparıcını da dəhşətə gətirdi - VİDEO
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
15:27 06.08.2025
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
15:24 06.08.2025
Farah yeni sevgilisi ilə tərəf müqabili olacaq
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
15:21 06.08.2025
Bu şəxslərə Qarabağa getmək üçün icazə avtomatik veriləcək
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
15:14 06.08.2025
Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü stansiyaya zərbə endirib
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
15:11 06.08.2025
Vaşinqton görüşündən gözləntilər nədir? - ABŞ Zəngəzur dəhlizinə nəzarətin təmin olunması üçün...
Lisey və gimnaziyalara seçim prosesi başladı
15:10 06.08.2025
Lisey və gimnaziyalara seçim prosesi başladı
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
14:52 06.08.2025
28 il əvvəl yoxa çıxan insan cəsədi tapıldı - Buzluqların altından
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
14:47 06.08.2025
Federasiya prezidenti Arif Məmmədovun ölüm səbəbi bəlli oldu - TƏFƏRRÜAT
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
14:35 06.08.2025
Həyət evi olanların diqqətinə - Bu ərazilərdə kompensasiyasız söküntü başlayır
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
14:33 06.08.2025
"Əli Kərimli xalqın faciəsi ilə nəfəs alır, insanların çətinlikləri ilə qidalanır"
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
14:24 06.08.2025
Rihannanın üçüncü övladının qız olacağı iddia edilib - FOTOLAR
Tarixdə bugün - 6 avqust nə günüdür?
14:22 06.08.2025
Tarixdə bugün - 6 avqust nə günüdür?
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı
14:15 06.08.2025
Fəthiyəyə istirahətə gedən gəncin meyiti tapıldı