Türkiyənin Suriyanın Hələb şəhərindəki Baş konsulluğu 12 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.
AZXEBER.COM xəbər verir ki, Türkiyə ilə Suriya arasındakı diplomatik münasibətlər 2012-ci ildə dayandırılmışdı.
Suriyadakı Əsəd rejimi devrildikdən sonra yeni hökumətin fəaliyyətə başlaması ilə bu münasibətlər bərpa edilib.
Ötən il dekabrın 14-də Türkiyənin Dəməşq şəhərindəki səfirliyi yenidən fəaliyyətə başlayıb.
Hələbdəki Baş konsulluğun açılış mərasimində Türkiyənin Dəməşq şəhərindəki səfiri də iştirak edib.