Türkiyənin ilk yerli elektromobili gəlin maşını oldu - FOTO

Türkiyənin ilk yerli elektromobili gəlin maşını oldu - FOTO
DÜNYA
12:12 28.04.2023
322
Türkiyənin avtomobili "Togg” Bursada toy edən gənc cütlüyün gəlin maşını olub.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Bursadan millət vəkili namizədi olan sənaye və texnologiya naziri Mustafa Varank ötən gün bir mədəniyyət mərkəzinin açılışında yanına gələn Hüseyn Özdəmirin toy edəcəyini öyrənib və Anadolu avtomobilin gəlin maşını kimi istifadə ediləcəyinə söz verib. 

Nazir vədinə əməl edib və nəqliyyat vasitəsini təhvil verdiyi Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş idarə edəcəyi "Togg”u bəzədib gəlin maşınına çevirib.

Sükanı idarə edən Başkan Aktaş kürəkəni Hüseyn Özdəmirin müşayiəti ilə Həbibe Fatsa Özdəmirin Gəmlikdəki evinə gəlib. Atəşfəşanlıqla qarşılanan mərasimdə ənənəvi olaraq Türkiyə bayrağının qaldırıldığı və Türkiyənin avtomobili böyük marağa səbəb olub. 

"Togg” ilə həyəcanının dəfələrlə artdığını ifadə edən bəy Hüseyn Özdemir açıqlamasında "Çox xoşbəxtəm. Xəyalların gerçəkləşdiyi bir gün yaşayıram. Sağ olun, nazirimiz bu xoşbəxtliyi, yaxşılığı və gözəlliyi mənə layiq gördü”- deyə bildirib.

Xatırladaq ki, ilk yerli elektrik avtomobili "Togg” aprelin 3-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğana təqdim olunub.

Ayşən

 

 

OXŞAR XƏBƏRLƏR