Türkiyənin İnönü Universitetində Xocalı ilə bağlı tədbir keçirilib

Türkiyənin İnönü Universitetində Xocalı ilə bağlı tədbir keçirilib
SOSİAL
11:00 01.03.2017
668
 
Fevral ayının 27 si Türkiyənin Malatya şəhərində İnönü Universitetində Uluslararası Tələbə Topluluğunun təşkilatçılığı ilə Xocalı soyqırımıyla əlaqədar rəsm sərgisi təşkil olunub və konfrans keçirilib.
 
Konfransda və eləcə də rəsm sərgisində Xocalıda baş vermiş vəhşiliklər haqqında məlumatlar göstərilib. Rəsmlərdə bu vəhşiliklər öz əksini tapıb. Tədbirə İnönü Universitetində təhsil alan çox sayda türkiyəli, azərbaycanlı və türkmənistanlı tələbələr qatılıblar. Konfrans Xocalıda qətl edilənlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardından Türkiyə və Azərbaycan himnləri səslənib və İnönü Universitetinin müəllimi Prof.Dr Mesut Aydın Xocalı soyqırımı ilə əlaqədar çıxış edərək belə bir soyqırımın tək Azərbaycan türklərinə deyil, bütün insanlığa olunan vəhşilik kimi qiymətləndirib. Çıxışında 1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətindən bu yana qədər ermənilərlə yaşanan problemlərə toxunan professor tarix boyu ermənilərin türk xalqlarına etdikləri vəhşiliklərdən də söz açıb.
Proqramın təşkilatçıları Əli Musayev ,Araz Hüseynov, Fərid Vəzirov və Günel İsayeva Xocalı soyqırımını bütün dünyaya çatdırmaq və bu soyqırımı edənlərin cəzalarına çatmaları üçün əllərindən gələni edəcəklərini bildiriblər. 

 

OXŞAR XƏBƏRLƏR