“Fire Land Production” (“Odlar yurdu”) Türkiyənin məşhur müğənnisi Özcan Dənizi Bakıya gətirir. Producitionun rəhbəri İsgəndər Süleymanovun verdiyi məlumata görə, konsert aprelin 14-də Heydər Əliyev Sarayında təşkil olacaq. Onun sözlərinə görə, Özcan Dənizdən əvvəl Dövlət Rəqs Ansamblı, Natiq Ritm Qrupu səhnəyə çıxacaq. Həmin gün tanınmış müğənni ilə mətbuat nümayəndələrinin görüşü keçiriləcək. İsgəndər Süleymanov onu da bildirib ki, production tərəfindən il ərzində Rusiyanın, Türkiyənin tanınmış ulduzlarının Bakıda konsertini təşkil edəcəklər.